AZ

Qazaxıstanlı nazir: BTC kəməri qazax neftinin alternativ tranzit marşrutudur

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Astana, 2 oktyabr, AZƏRTAC

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri artıq nəqli həyata keçirilən Qazaxıstan nefti üçün alternativ tranzit marşrutudur.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib.

O bildirib: “2025-ci ilin ilk səkkiz ayında biz 923 min ton xam neft tranzit etmişik. Bu il üçün planımız 1,7 milyon tondur. Ona görə də biz bu həcmləri artırmaq üçün həmkarlarımızla daim işləyirik. Ümumilikdə, marşrut həm Qazaxıstan yükgöndərənləri, həm də beynəlxalq neft şirkətləri üçün böyük maraq doğurur”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
azertag.az

3Mənbələr