AZ

Mançesterdə sinaqoqa hücum zamanı dörd nəfər yaralandı

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mançesterin Krampsoll rayonunda avtomobilin insanların üzərinə sürülməsi və naməlum şəxsin bıçaqla sinaqoqa hücum etməsi nəticəsində dörd nəfər xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Krampsolda yəhudi icmasının sinaqoqu yaxınlığında baş verib.

Polis hücumda şübhəli bilinən şəxsin güllələndiyini bildirib. Sinaqoqa hücum terror aktı kimi qiymətləndirilir.

Şəhər meri Endi Börnem sakinləri hadisə yerindən uzaq durmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
bakivaxti.az

3Mənbələr