AZ

III MDB Oyunları: Azərbaycanın badminton millisi 3-cü yeri tutdu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, final matçında Özbəkistan və Rusiya yığmaları qarşılaşıblar. Görüş Rusiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, ötən gün yarımfinalda məğlub olan Azərbaycan millisi isə bürünc mükafata sahib çıxıb.
 
Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
Seçilən
42
6
moderator.az

7Mənbələr