Rusiya ordusunun Xarkov vilayətinin Balakleya şəhərinə raket zərbəsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Leqal.info xəbər verir ki, bu barədə “UNIAN“ məlumat yayıb.
Məlumata əsasən, raket şəhərin mərkəzində, beşmərtəbəli yaşayış binasının yaxınlığına düşüb. Nəticədə yanğın baş verib — beşinci mərtəbədəki mənzil və avtomobillər yanıb.
Fövqəladə Hallar Xidməti bildirib ki, zərbə nəticəsində 88 yaşlı qadın həlak olub, yaralanan 16 nəfərin arasında 4 yaşlı qız uşağı da var.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta