AZ

Rusiyanın Ukraynaya raket zərbəsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya ordusunun Xarkov vilayətinin Balakleya şəhərinə raket zərbəsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “UNIAN” məlumat yayıb.

Məlumata görə, raket şəhərin mərkəzində, beşmərtəbəli yaşayış binasının yaxınlığına düşüb. Nəticədə yanğın baş verib — beşinci mərtəbədəki mənzil və avtomobillər yanıb.

Fövqəladə Hallar Xidməti bildirib ki, zərbə nəticəsində 88 yaşlı qadın həlak olub, yaralanan 16 nəfərin arasında 4 yaşlı qız uşağı da var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
4
apa.az

5Mənbələr