AZ

Səfir Abxaziyaya görə Gürcüstan XİN-ə çağırıldı

BAKI, 2 oktyabr. TELEQRAF

İşğal edilmiş Abxaziya bölgəsindəki qondarma mədəniyyət nazirinin Cənubi Koreya parlamentində keçirdiyi görüş və bu ölkədə “Mədəniyyət Mərkəzi”nin açılışı ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyində Koreya Respublikasının səfiri ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Səfir Hyundu Kim ilə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüşüb.

“Gürcüstanın ərazi bütövlüyünə münasibətdə mövqeyi dəyişməz və möhkəm qalır, Abxaziyanı müstəqil dövlət kimi tanımır, onu Gürcüstanın ayrılmaz hissəsi hesab edir. Bu, Koreya Respublikası Hökuməti tərəfindən dəfələrlə təsdiqlənib”, - Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Seçilən
42
teleqraf.com

1Mənbələr