AZ

İsrailin diplomatik heyətini ölkədən qovdular

Kolumbiya prezidenti Qustavo Petro İsrailin diplomatik heyətini ölkədən qovub.

Publika.az xəbər verir ki, dövlət başçısı bununla bağlı rəsmi bəyanat yayıb.

Petro qərarı İsrail hərbçilərinin humanitar yardımla Qəzza sahillərinə doğru irəliləyən “Sumud” flotiliyasının gəmilərini ələ keçirməsi ilə əsaslandırıb. O, bu addımı “beynəlxalq cinayət” kimi dəyərləndirib.

Yerli medianın məlumatına görə, ölkədə diplomatik statusa malik dörd israilli olub və prezidentin qərarı ilə onların hamısı Kolumbiyanı tərk edib.

Seçilən
35
publika.az

1Mənbələr