AZ

Cəbrayılın Soltanlı kəndinin tikinti-quraşdırma işləri üzrə müəllif nəzarəti xidmətinə 267 min sərf olunacaq

Cəbrayıl rayonu Soltanlı kəndinin tikinti-quraşdırma işləri üzrə müəllif nəzarəti xidmətinə 267 623 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və xidməti göstərəcək Bakı Dövlət Layihə İnstitutu arasında müqavilə bağlanıb.

 

Müqavilə üzrə satınalma proseduru isə dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 2 Oktyabr 2025, 11:08   
Seçilən
37
pravda.az

1Mənbələr