AZ

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Şəkidə çövkən üzrə yarış çərçivəsində Qırğızıstan - Küveyt və Qazaxıstan - Türkiyə qarşılaşmaları baş tutacaq, həmçinin, batut gimnastikası çərçivəsində ilk medalçılar müəyyənləşəcək.  
Qəbələdə isə badminton üzrə Rusiya və Özbəkistan komandaları arasında final oyunu təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq. Görüş saat 18:30-da baş tutacaq. "Nizami yurdu"nda həmçinin, qılıncoynatma və üzgüçülük yarışları keçiriləcək.

Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
35
14
fanat.az

10Mənbələr