Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üzv ölkələrin dövlət və hökumət başçılarının Kopenhagendəki qeyri-rəsmi sammitinin yekunlarına dair bəyanatında bildirib.
"Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq mərhələli yanaşmadan istifadə etmirik, əksinə, enerji, maliyyə xidmətləri və ticarət sahəsində daha sərt tədbirlər təklif edirik", - Lyayenin bəyanatında qeyd olunub.