AZ

UEFA Çempionlar Liqası: "Arsenal"dan qələbə, "Mançester Siti"dən xal itkisi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci tur başa çatıb.
Oxu.Az xəbər verir ki, turun son oyun günündə doqquz qarşılaşma keçirilib.
"Arsenal" Londonda "Olimpiakos"u qəbul edib. "Topçular" qələbəni iki cavabsız qolla əldə ediblər - 2:0.
"Mançester Siti" "Monako"nun qonağı olub. "Şəhərlilər" üstünlüyü son anda əldən verərək bir xala qane olublar - 2:2.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Qarabağ" - "Kopenhagen" 2:0;
"Royal Union" - "Nyukasl Yunayted" 0:4;
"Barselona" - PSJ 1:2;
"Bayer Leverkuzen" - PSV 1:1;
"Borussiya Dortmund" - "Atletik Bilbao" 4:1;
"Napoli" - "Sportinq" 2:1;
"Villarreal"- "Yuventus" 2:2.
Qeyd edək ki, növbəti turun oyunları oktyabr ayının 21-i və 22-də keçiriləcək.
Seçilən
108
43
oxu.az

10Mənbələr