AZ

Real Madrid dən beş top buraxan Kayrat ın qapıçısına avtomobil verildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində evdə "Real Madrid" ilə oyunda qapısından beş top buraxan "Kayrat"ın qapıçısına avtomobil hədiyyə edilib.

Oxu.Az bildirir ki, 18 yaşlı çərçivə qoruyucusu Şerxan Kalmurzaya Çinin "Exeed" markalı avtomobili təqdim edilib.

Avtomobili hədiyyə edən isə sahibkar Uluqbek Şaripov olub. 30 yaşlı iş adamı "Forbes" siyahısında yer alır.

"Kiçik hədiyyə. Afərin sənə, bizə çoxlu emosiyalar bəxş etdin. Ən əsası odur ki, yerində dayanma", - deyə Şaripov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
3
oxu.az

4Mənbələr