AZ

Saray körpüsü yaxınlığında yol çökdü, yük maşını içinə düşdü VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Abşeron rayonu Saray qəsəbəsində daha bir qeyri-adi hadisə yaşanıb.

Avtosfer.az xəbər verir ki, qəsəbənin General Məhəmməd Əsədov küçəsində Saray körpüsü yaxınlığında yük maşını yolun kənarında dayandığı halda çökmə baş verib. 50-DG-024 qeydiyyat nişanlı “Zil” markalı nəqliyyat vasitəsi yük yerində mişar daşı ilə birlikdə çökən hissəyə düşüb. Sürücü və ətrafdakıların köməyi ilə “Zil”dəki yük başqa nəqliyyat vasitəsinə daşınsa da, uzun müddət nəqliyyat vasitəsini çökəkdən çıxarmaq mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, həmin hissədə çökmə ehtimalı uzun müddət idi ki vardı. Sürücü əraziyə nabələd olduğu üçün yük maşınını həmin hissədə saxlayıb. Nəticədə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Baş verən olayda vətəndaşlar arasında xəsarət alan olmayıb.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
avtosfer.az

1Mənbələr