AZ

Bakıda sorğu: Yaşlılar gənclərə nəyi deməkdən çəkinirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 1-i dünyada Ahıllar Günü kimi qeyd olunur.
Bu günün məqsədi ahıl insanların sosial-məişət problemlərinə, tibbi ehtiyaclarına diqqəti artırmaq, onların cəmiyyətdə layiqli yer tutmasına dəstək verməkdir.
Yaşlılar bizim canlı tariximizdirlər.
Maraqlıdır, gənc nəsil onlardan nəyi öyrənmək istəyərdi? Ahıllar özləri gənclərə hansı məsləhəti verməkdən çəkinirlər?
Oxu.Az-ın əməkdaşları bu suallarla Bakı şəhər sakinləri arasında sorğu keçiriblər.
Gənclər yaşlı nəsildən adət-ənənələri, milli dəyərləri qorumaq təcrübəsini və keçmiş tarixi yaşantıları öyrənmək istədiklərini bildiriblər.
Yaşlılar isə hesab edirlər ki, bu günün gəncləri çox vaxt məsləhətə qulaq asmır və qərarlarını özləri verməyi üstün tuturlar.
Fikir ayrılıqları olsa da, nəsillər arasında hörmət və anlayışın qorunması cəmiyyətin əsas dayağı olaraq qalır.
Ətraflı videomaterialı təqdim edirik:
Aygün Mirakif
Video: Əqdəm Qasımov
Seçilən
107
oxu.az

1Mənbələr