AZ

Azərbaycanın badminton millisi III MDB Oyunlarında növbəti oyununa çıxıb

 

Qəbələ, 1 oktyabr, AZƏRTAC

Azərbaycanın badminton millisi III MDB Oyunlarında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma qarışıq komanda yarışlarının yarımfinalında Rusiya ilə üz-üzə gəlib. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rusiya finalda Belarusu 3:0 hesabı ilə üstələyən Özbəkistanla qarşılaşacaq. Həlledici görüş oktyabrın 2-də keçiriləcək.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

 

Seçilən
58
azertag.az

1Mənbələr