Avqustda Özbəkistan 3,53 milyard kubmetr təbii qaz hasil edib. Bu barədə Milli Statistika Komitəsinin “Gazeta”da dərc etdiyi hesabatda deyilir. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 6,6% (252 milyon kubmetr) azdır. Mart və aprel aylarında stabilləşdikdən sonra (artım 0,18% və 1,05%) qaz hasilatı son üç ayda sürətlənərək azalmağa başlayıb.
İlin əvvəlindən (yanvar-avqust aylarında) hasilat həcmi ötən ilin 8 ayı ilə müqayisədə 3,5% və ya 1,03 milyard kubmetr azalaraq 28,9 milyard kubmetr təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə (40,3 milyard kubmetr) azalma 11,4 milyard kubmetr olub.
Xatırladaq ki, Özbəkistanda elektrik enerjisinin 70-80%-i qazın yanması hesabına əldə edilir, baxmayaraq ki, bu yanacağın istehsalda payı getdikcə azalır. Səkkiz ayda ümumi elektrik enerjisi istehsalı ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz (1,76 milyard kilovatsaat) artaraq 56,4 milyard kilovatsaata çatıb.
Bir ayla müqayisədə avqust ayında hasilat 4 faiz artaraq 7 milyard kilovatsaata çatıb.
Əziz Mustafa