AZ

2030-cu ilə qədər Azərbaycan su itkilərini azaltmağı və çirkab suların təmizlənməsini genişləndirməyi planlaşdırır - Zaur Mikayılov

Bakı. Trend:

Azərbaycan 2023-cü ilə qədər ölkənin ümumi su tələbatınıntəxminən 90%-ni təmin etməyi, çirkab suların təmizlənməsixidmətlərini genişləndirməyi, su resurslarının itkisiz idarəedilməsini tətbiq etməyi və kənd təsərrüfatında sudan istifadəninsəmərəliliyini 95%-ə çatdırmağı planlaşdırır.

Trend xəbər verirki, bu barədə Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədriZaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində etdiyiçıxışda danışıb.

O vurğulayıb ki, 1980-ci illərdən bəri Azərbaycanda içməli suehtiyatları əvvəlki həcminin təxminən üçdə birə qədər azalıb:

"Bununla yanaşı Xəzər dənizində su səviyyəsi təxminən iki metraşağı düşüb. Bu proqnoz deyil, iqlim dəyişiklikləri və insanfəaliyyəti nəticəsində baş vermiş real dəyişikliklərin açıqsübutudur. Sistemdə isə səmərəsizlik qalmaqdadır: gündəlik suitkiləri və suvarmada itkilər hələ də yüksəkdir, yalnız əhalinintəxminən üçdə biri müasir tullantı suların təmizlənməsixidmətlərindən istifadə edir. Bu problemləri görməzdən gəlməkolmaz".

Z. Mikayılov qeyd edib ki, Milli strategiya kompleks yanaşmanınəzərdə tutur, bu da su ehtiyatlarının real vaxt rejimindəmonitorinqi, vahid idarəetmə modeli və şəffaflığı təmin edənelektron informasiya sisteminin tətbiqini, şəhərlərdə suitkilərinin azaldılmasını, kənd təsərrüfatında müasir suvarmaüsullarının tətbiqini və investisiyaların səmərəliliyininnəzarətini, təmizlənmiş tullantı suların təkrar istifadəsiningenişləndirilməsini, duzsuzlaşdırma üzrə pilot layihələri, çaylarınvə bataqlıqların yalnız təbii sərvət kimi deyil, həm də insanlar vəgələcək nəsillər üçün həyati infrastruktur kimi qorunmasını əhatəedir.

"2040-cı ilə qədər əsas məqsədimiz ekoloji məhdudiyyətlərə əməletməklə, əhalinin, təsərrüfatın və sənayenin tələbatını tam olaraqtəmin etməkdir",- deyə Z. Mikayılov vurğulayıb.

Seçilən
54
az.trend.az

1Mənbələr