AZ

Pişiyi sığallamaq baha başa gəldi: Maqadanda 10 dan çox insan virusa yoluxdu

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Maqadan vilayətində xəstə heyvanla təmasdan sonra ciddi virus infeksiyası aşkar edilib. Belə ki, bir pişiyi sığallamaq 10-dan çox insanın virusa yoluxmasına səbəb olub.

Oxu.Az-ın news.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə regionun səhiyyə naziri Aleksandr Vitko bəyan edib.

Bildirilib ki, əvvəlcə uşaqlar pişiklə oynayıblar, daha sonra isə infeksiya böyüklərə keçib.

Pasiyentlərin bir qismi stasionar müalicə üçün xəstəxanaya yerləşdirilib. Hazırda zərərçəkənlər dermatoloqların nəzarəti altında müalicə alırlar.

Nazir əllərini tez-tez yumağı və uşaqlara da bunu xatırlatmağı tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
oxu.az

3Mənbələr