AZ

“Telegram”ın sahibi ona sui-qəsd edildiyini açıqlayıb

Telegram-ın sahibi Pavel Durov 2018-ci ilin yazında ona qarşı sui-qəsd olunduğunu açıqlayıb.

AzPost bildirir ki, o bu barədə bloqqer Lex Fridmana müsahibəsində deyib. Durovun sözlərinə görə, hadisə Telegram-ın TON kriptovalyutası üçün vəsait toplamağa çalışdığı zaman baş verib. Bir neçə ölkə isə messenceri bloklamağa çalışıb.

Onun sözlərinə görə, şübhəli qonşusu yaşadığı evin qapısına “hədiyyə” atıb. Durov bir saat ərzində bütün bədənində şiddətli ağrılar hiss etməyə başlayıb, az qala görmə və eşitmə qabiliyyətini itirib və boğulmağa başlayıb.

“Mən bunun son olduğunu düşünürdüm, çünki nəfəs ala bilmirdim, heç nə görə bilmirdim. İnanılmaz dərəcədə ağrılı idi. Fikirləşdim: hər şey bitdi. Yadımdadır ki, yaxşı həyat yaşayırdım, nəyəsə nail ola bildim. Və yerə yıxıldım”- deyə Durov bloqqer Lex Fridmana deyib.

Ertəsi gün səhər Telegram qurucusu gəlib bədənində zədələnmiş qan damarlarını aşkar edib. O, iki həftə gəzə bilməyib.

AzPost.az

Seçilən
39
1
azpost.info

2Mənbələr