Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Virciniyadakı Kuontiko DənizPiyadaları bazasında hərbi komandanlıq qarşısında çıxışı zamanıeskadron döyüşü üçün nəzərdə tutulan, güclü artilleriyaya malikdöyüş gəmilərinin (böyük sinifli gəmilərin) yenidəncanlandırılmasını təklif edib.
Trend-inməlumatına görə, Donald Tramp çıxışında Pentaqon rəhbəri Pit Heqsetilə görüşdə belə gəmilərin “heç nə tərəfindən dayandırılabilməyəcəyini” vurğulayıb.
Prezident qeyd edib ki, o bu sinif gəmiləri köhnəlmiş saymır vəonların əsas döyüş sursatı olan artilleriya mərmilərininraketlərdən “xeyli ucuz” olduğunu bildirib. “Mən bunun köhnətexnologiya olduğunu düşünmürəm. Biz əslində döyüş gəmisikonsepsiyasına baxırıq”, — deyə Tramp əlavə edib.
Qeyd olunur ki, ən böyük ABŞ döyüş gəmiləri Ayova sinifi olub —təxminən 48 000 ton standart yerdəyişmə ilə. Bu sinif gəmilər1990‑cı illərdə istifadədən çıxarılıb.