AZ

“Real Madrid” “Kayrat”ı darmadağın etdi


“Real Madrid” Çempionlar Liqasının 2-ci turunda səfərdə Qazaxıstanın “Kayrat” klubunu 5:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma Almatıda baş tutub.
Qaliblərin heyətində Kilian Mbappe (25, 52, 74), Eduardo Kamavinqa (83) və Brahim Diaz (90+3) fərqlənib.
Mbappenin ikinci qoluna “Real Madrid”ın belçikalı qapıçısı Tibo Kurtua məhsuldar ötürmə edib. O, Çempionlar Liqası matçında assist edən ikinci “Madrid” qapıçısı olub. Birincisi 1997-ci ildə Santiaqo Kanizares idi.
Qeyd edək ki, “Kayrat”  Çempionlar Liqasında ilk ev oyununu keçirib. Qazaxıstan komandası ilk turda səfərdə Portuqaliyanın “Sportinq CP” klubuna 1:4 hesabı ilə məğlub olub.

Seçilən
64
yeniavaz.com

1Mənbələr