AZ

Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

30 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA)birgə təşkilatçılığı ilə “Sən tək deyilsən” layihəsininistiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” şəhidxanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüşkeçirilib.

Trend xəbər verirki, görüş iştirakçılarını salamlayan Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, yaxınzamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib.Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər AzərbaycanOrdusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzminəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərinxatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminəgöstərdikləri fədakarlığı xüsusi vurğulayıb.

Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyivə Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosialsiyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin vəaztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzindəsaxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təminolunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyatakeçirilir.

Sədr bildirib ki, qadınların dövlətin ictimai-siyasi həyatındaiştirakı daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdəfəaliyyət dövlət qurumları, özəl sektor və QHT-lərlə birgə həyatakeçirilir. O, xüsusilə şəhid ailələrinin cəmiyyətə inteqrasiyasınınprioritetlər sırasında olduğunu vurğulayıb.

B. Muradova, 2023-cü il sentyabrın 21-də ABA ilə Komitə arasındaimzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadigücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili,regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrinicrasının nəzərdə tutulduğunu xatırladıb.

B. Muradova, “Sən Tək Deyilsən” layihəsinin “Gələcəyə əminaddımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstəkgöstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiviştirakına şərait yaratdığını bildirib. O, layihənin artıq 4 ildiruğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinədəstək göstərildiyini qeyd edib.

Çıxışının sonunda B.Muradova əldə etdikləri nailiyyətmünasibətilə şəhid həyat yoldaşlarını təbrik edib: “Biz inanırıqki, sizin nümunəvi addımlarınızdan ruhlanan xanımlarımız daqarşılaşdıqları çətinlikləri inamla dəf edəcək, çalışacaq, təhsilalacaq və hər zaman xalqına, dövlətinə layiq şəxsiyyət kimiyaşayacaqlar”-deyə o, əlavə edib.

ABA-nın prezidenti Zakir Nuriyev şəhid xanımlarınındəstəklənməsi məqsədilə həyata keçirilən layihənin vacibliyinivurğulayıb və təşəbbüsə görə Komitə sədrinə təşəkkürünübildirib.

Z.Nuriyev əldə edilən Zəfərin Ali Baş Komandanın uzun illərdüşünülmüş siyasəti və ordumuzun, əsgərlərimizin canı və qanıbahasına mümkün olduğunu söyləyib. O, şəhid xanımlarının təhsilyolunda atdıqları bu addımın bütün cəmiyyət üçün böyük motivasiyaolduğunu, Azərbaycan qadınının gücü, iradəsi və bacarığını nümayişetdirdiyini bildirib. Qeyd edib ki, qadınların uğuru bütövlükdəcəmiyyətin uğuru deməkdir və bu addım təkcə şəhid xanımları üçündeyil, bütün qadınlar üçün güclü bir mesajdır: “Cəmiyyətin sabahıqadınların nailiyyətlərindən asılıdır. Onların güclü olmasısabahımızı möhkəmləndirir”.

Çıxışlar dinlənildikdən sonra layihə haqqında film nümayişetdirilib. Daha sonra sertifikat və hədiyyələr təqdim olunub.

Layihə iştirakçıları çıxış edərək, övladlarına həm ana, həm dəata kimi dəstək olmağa, eyni zamanda daim inkişaf edərək örnəkolmağa çalışdıqlarını bildiriblər. Dövlətin daimi dəstək vəqayğısının bu yolda onlara güc verdiyini qeyd edən şəhid xanımları,layihə çərçivəsində onlara göstərilən diqqətə görəminnətdarlıqlarını dilə gətiriblər.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində şəhid xanımlarının təhsilimkanlarının genişləndirilməsi, onların gələcək karyeraquruculuğuna və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsinəzərdə tutulur.

Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Universitetə
Seçilən
48
6
az.trend.az

7Mənbələr