AZ

"Kopenhagen"in qapıçısı: "Qarabağ"la oyunda qələbə qazanmağa çalışacağıq"

"Kopenhagen" komandası "Qarabağ"la oyunda qələbə qazanmağa çalışacaq.

Fanat.Az xəbər verir ki, bunu Danimarka təmsilçisinin qapıçısı Dominik Kotarski Bakıda mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Ot örtüyü yaxşı səviyyədə deyil. Amma hər iki kollektiv eyni şəraitdə oynayacaq. Bunda hər hansı problem görmürəm. Sabah bizi ağır oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Seçilən
35
3
fanat.az

4Mənbələr