AZ

Zelenskiyə dedim Rusiyaya güzəştə get, rədd elədi

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskiyə əraziləri Rusiyaya güzəştə getməyi təklif edib. 

AzPost -un məlumatına görə, NATO-nun keçmiş baş katibi bu barədə bazar ertəsi Norveçdə nəşr olunan “Mənim nəzarətim altında” adlı kitabında iddia edib. Stoltenberq görüşləri zamanı Zelenskini 1940-cı illərdə Finlandiyanın etdiyi kimi ərazilərini verməyə çağırıb.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Stoltenberqin sözlərinə görə, Zelenski hər hansı ərazinin verilməsi ideyasını rədd edib. Kitabda qeyd olunur ki, zaman keçdikcə Zelenski və onun müşavirləri torpaqların verilməsi barədə düşünməyə başlayıblar. Onlar həmçinin təkid ediblər ki, Ukraynanın yeni ərazi reallıqları və təhlükəsizliyi NATO-ya üzvlük vasitəsilə təmin edilməlidir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
azpost.info

2Mənbələr