AZ

Əliyar Ağayev Norveçə yollanacaq

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək. Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
21
sport24.az

10Mənbələr