AZ

Yer kürəsində son zamanların ən güclü maqnit qasırğası başlayıb

Çərşənbə axşamı Yer kürəsində G3 maqnitudalı güclü maqnit qasırğası qeydə alınıb. 

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. 

"Hazırda geomaqnit dalğalanmalarında kəskin artım qeydə alınır. Son ölçmələrə əsasən, geomaqnit aktivlik indeksi Kp 7,33-ə yüksəlib ki, bu da 5 ballıq şkala üzrə G3+ kateqoriyalı güclü maqnit qasırğasına uyğundur", -məlumatda deyilir. 

Bu böyüklükdə hadisə sonuncu dəfə 2025-ci il iyunun 1-də müşahidə edilib.

İlahə QənbərliMissiya.Az

Seçilən
91
missiya.az

1Mənbələr