AZ

Əliyar Ağayevə növbəti TƏYİNAT

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdman.biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev UEFA Avropa Liqasında Liqa mərhələsinin “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə:
Seçilən
5
25
idman.biz

10Mənbələr