AZ

Əliyar Ağayevə daha bir təyinat

style='margin-bottom:10px;'>

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

QOL.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.

Xatırladaq ki, Ə.Ağayev sentyabrın 18-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçirilən "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) matçını da idarə etmişdi.

Seçilən
12
21
teleqraf.com

10Mənbələr