AZ

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayını təqdim edib.

İcmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  3,1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,3 milyon ABŞ dolları ilə Lüksemburq, 569,5 min ABŞ dolları ilə Nigeriya, 537,9 min ABŞ dolları ilə Türkiyə, 530,4 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

Seçilən
49
5
marja.az

9Mənbələr