AZ

Ermənistan ordusunda QALMAQAL - hamilə qadınları gülləkeçirməz jilet geyinməyə məcbur edirlər...


Ermənistan ordusu ilə bağlı daha bir qalmaqal yaşanıb. Bu dəfə qadın batalyonunda. Erməni mediası artıq məsələ barədə geniş məlumatlar dərc etməkdədir. Ermənistanın Müdafiə Nazirliyi İrəvanda qadın batalyonunda baş verən insidentlə bağlı KİV-də yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən mətbuat üçün açıqlamada bildirilib ki, sentyabrın 23-də hərbi hissələrdən birinin müqaviləli hərbi qulluqçusu cinayət əməli ilə bağlı hərbi polisə məlumat verib. Ərizə istintaq orqanlarına göndərilib. Xatırladaq ki, daha əvvəl "Shamshyan.com" saytına açıqlamasında qadın hərbi qulluqçu rəhbərliyin onunla pis rəftar etdiyini, hamilə qadınların gülləkeçirməz jilet geyinməyə məcbur edildiyini, hərbi polisin onun şikayətlərinə məhəl qoymadığını bildirib. Mətləb
Seçilən
58
baki-xeber.com

1Mənbələr