AZ

Altı ay unudulmuş lotereya bileti sahibini milyonçu etdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sentyabrın sonu - isti gödəkçələri dolabdan çıxarmaq vaxtıdır. Bu geyimin cibində unudulmuş pul və ya başqa kiçik sürpriz tapmaq isə hər kəsə tanış mənzərədir. Ancaq Almaniyanın Visbaden şəhərində yaşayan bir kişi üçün belə bir yoxlama ona əsl sərvət qazandırıb.

Oxu.Az-ın "Spiegel"ə istinadən verdiyi məlumata görə, Visbaden sakini əvvəllər aldığı və unutduğu lotereya biletini tapıb.

Aylar sonra televiziyada 15,3 milyon avro məbləğində mükafatın qalibinin axtarıldığını eşidən kişi aldığı lotereyanı xatırlayıb və gödəkçəsinin ciblərini yoxlayıb, burada isə sürprizlə rastlaşıb.

"Telefonumda rəqəmləri müqayisə edib uduşu gördüyüm zaman tamamilə şoka düşdüm", - deyə kişi baş verənləri danışıb.

Bildirilir ki, 29 mart tarixində keçirilən tirajdan o, altı düzgün nömrəni və əlavə supernömrəni təxmin edərək cekpotu udub.

Bu müddət ərzində lotereyanı keçirən şirkət qalibin diqqətini cəlb etmək ümidi ilə bütün satış məntəqələrinə plakatlar yapışdırıbmış. Kişi etiraf edib ki, dəfələrlə bu plakatları görüb və "Bu mükafatı götürməyən necə bir axmaq ola bilər", - deyə düşünüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
45
oxu.az

10Mənbələr