AZ

Qızıl medal qazanan rusiyalı atıcı: Yarışın təşkilatçılıq səviyyəsi məni heyran etdi

Qəbələ, 29 sentyabr, AZƏRTAC

Bu qələbə mənim üçün çox dəyərlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qızıl medal qazanan rusiyalı stend atıcısı Alina Akhatova deyib.

İdmançı yarış barədə təəssüratlarını bölüşüb: “Yarışa çox ciddi hazırlaşmışdım. Hər atışda soyuqqanlı qalmağa çalışdım və düzgün taktika seçdim. Rəqiblər güclü idi, amma inamımı itirmədim. Finalda qələbə qazanmaq çox çətin idi, ancaq sona qədər mübarizə apardım”.

O, Qəbələ Atıcılıq Mərkəzində yarışmaqdan zövq aldığını bildirib: “Buradakı ab-hava və təşkilatçılıq səviyyəsi məni heyran etdi. Bu medal mənim üçün həm idman uğuru, həm də gözəl xatirə kimi tarixdə qalacaq”.

Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

 

Seçilən
54
azertag.az

1Mənbələr