AZ

Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib - Yenilənib

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.Bu barədə "Report"a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.

O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

***

Əməkdar artist Cabir İmanov bu gün Bakıda yerləşən idman zalında qəfil infarkt keçirərək vəfat edib. Bu barədə Qafqazinfo məlumat yayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən anews.az-a verilən açıqlamaya görə, 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən İmanovun səhhətinin qəfil pisləşməsi və yıxılması ilə bağlı çağırış daxil olub. Təcili yardım briqadası 13:50-də hadisə yerində həkiməqədər ölüm halını qeydə alıb.

49 yaşlı aktyor uzun illər Daxili İşlər Nazirliyində çalışıb və polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. O, son olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Aytac Zeynaova 

Seçilən
24
2
anews.az

10Mənbələr