AZ

Azərbaycanın regionda sülhə verdiyi dəstəyi diqqətlə izləyirik -Ersin Tatar

Azərbaycanın regionda sülhə verdiyi dəstəyi diqqətlə izləyirik.

“İki sahil” xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar deyib.

"Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü böyük məmnuniyyətlə izləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu sülh prosesinə güclü dəstəyi oldu. Mən bunu əvvəllər də qeyd etmişəm, yenə təkrar etmək istəyirəm: biz özümüzü "bir millət, üç dövlət" olaraq görürük. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti Qafqaz, Anadolu və Şərqi Aralıq dənizi üçbucağında çox sıx bağlıdır. Aramızdakı milli dəyərlər, mənəviyyat və tarix eyni millətin övladları olaraq bizi birləşdirir", - Ersin Tatar bildirib.

O, Azərbaycanın Ermənistanla sülh bağlaması, Qarabağ Zəfərindən sonra baş verən hadisələrin ölkənin inkişafına müsbət təsir göstərəcəyinə inandığını qeyd edib.

ŞKTC lideri əlavə edib ki, gələn ay Azərbaycana səfər edəcək: "Azərbaycan hökumətinin bölgəmizdəki problemlərin həllinə verdiyi ciddi dəstək var. Mən son iki ildə bir neçə dəfə Azərbaycana səfər etmişəm. Hər dəfə də Prezident İlham Əliyev məni yüksək səviyyədə qarşılayır. 6-7 oktyabr tarixlərində Prezident İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının toplantısında iştirak etmək üçün yenidən Azərbaycana gələcəyəm".

Seçilən
15
2
ikisahil.az

3Mənbələr