Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının təhsil nazirinin müavini Jiangfeng Du ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.