AZ

Rusiyada güclü zəlzələ



Rusiyanın Kamçatka diyarında güclü zəlzələ baş verib.


"Medicina" xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanlar sentyabrın 29-da yerli vaxtla saat 20:46-da (Bakı vaxtı ilə 12:46-da) qeydə alınıb. Təkanların maqnitudası 5.3-ə çatıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 86 kilometr şimal-şərqdə, Avaçinski körfəzi akvatoriyasında, ocağı 31 kilometr dərinlikdə yerləşib.

Son 24 saat ərzində Kamçatkada maqnitudası 3.5-5.2 olan 13 oxşar hal qeydə alınıb.

MEDİCİNA.AZ


Seçilən
17
2
medicina.az

4Mənbələr