AZ

Azərbaycanda bankların "yaşıl layihələr"ə ayırdığı kredit həcmi açıqlanıb

Azərbaycanda banklar indiyədək "yaşıl layihələr" üçün 300 milyon manat kredit ayırıblar.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı məlumat verib.

O əvvəlcə xatırladıb ki, bank sektoru 2030-cu ilə qədər 2 milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 tədbirində elan edilib: "Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrini dəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər layihələrə vəsait ayırmaq niyyətini nümayiş etdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklar təxminən 13,000 kredit, yəni təxminən 300 milyon manat ayırıblar".

"Nəticə olaraq, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir yolculuqdur, lakin bu gün yaratdığımız dinamika uzunmüddətli təsir göstərəcək. İnanıram ki, bu tədbir və həyata keçirilən təşəbbüslər iqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavan Azərbaycan yaratmaq üçün katalizator olacaq", - baş direktor vurğulayıb.

Seçilən
24
1
day.az

2Mənbələr