AZ

“Bu, əsl kişilərə aiddir“ Nadir Qafarzadədən ŞOK AÇIQLAMALAR

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Allah heç bir qadını başsız etməsin. Qadın nə qədər güclü olsa da, başında güclü kişi yoxdursa, o, zəif deyil, amma zərifdir".

Bunu Nadir Qafarzadə "Rəngarəng" verilişində deyib.

O, qadınları kişilərsiz təsəvvür etmədiyini bildirib: 

"Heç bir kişini də övladının və ailəsinin yanında başıaşağı etməsin. Çünki kişi az pul qazananda içində ağlayır. Qadın kimi hisslərini üzə vura bilmir. İçində qürur onu boğur. Bu, əsl kişilərə aiddir. Allah yaxşı kişiləri də peşman etməsin. Hər zaman evinə əlidolu girsin. Onda kişilər də ürəkli olur".

Nadir Qafarzadə həyat yoldaşından da danışıb:

"Allah eləməsin ki, mən ondan ayrılım. Bundan sonra o mümkün deyil. Amma olsa idi, mən ondan əl çəkməzdim. Mənim olan mənimdir. Onun arxasınca gedərdim və qoymazdım ki, başqası ilə xoşbəxt olsun".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
moderator.az

9Mənbələr