AZ

“Sabah”da yeni təyinat FOTO

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib.

UEFA-nın Pro lisenziyasına malik mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb.

43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, “Sabah”ın akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda əvəzedici və U-19 komandasının baş məşqçisidir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
17
icma.az

10Mənbələr