AZ

Yevlax Olimpiya İdman Kompleksinin tamaşaçı tutumu açıqlandı

Yevlaxda istifadəyə verilən Olimpiya İdman Kompleksi 1100 tamaşaçı tutumuna malikdi.

"Football-plus.az" xəbər verir ki, bu barədə Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardı. Burda açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

3-cü MDB Oyunlarının ev sahiblərindən biri olan Yevlax Olimpiya İdman Kompleksi digər mötəbər idman tədbirlərinin keçirilməsi üçün də tam hazırdı.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Seçilən
75
19
football-plus.az

10Mənbələr