AZ

İRİA: "Xarici vençur fondu yerli startapların qlobal bazara çıxışını sürətləndirəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan innovasiya ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal bazara inteqrasiyasını sürətləndirəcək".
Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge 2025" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, İRİA startapların vençur maliyyələşmə imkanlarına çıxışını genişləndirmək üçün yeni addımlar atır:
"White Hill Capital" vençur fondu regional yatırımlardakı effektivliyini sübut edib və yaxın vaxtlarda Azərbaycan ekosistemi də bu fondun resurslarından maksimum faydalanacaq".
Qeyd edək ki, sammit çərçivəsində İRİA ilə "White Hill Capital" arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis olunmasına dair Təsis Müqaviləsi imzalanıb. "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.
Seçilən
43
2
oxu.az

2Mənbələr