AZ

Bu dəfə Qubad İbadoğlunun qardaşı məhkəmə qarşısına çıxarılır

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi, iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Bayramovun məhkəməsi başlayır.

Gununsesi.info xəbər verir ki, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov Bakı Ağır Cinayətlər Məhkməsində mühakimə olunacaq. Onun işinə oktyabrın 8-də hakim Eldar İsmayılovun sədrliyilə baxılacaq.

Qalib Bayramov Baş Prokurorluqda bu ilin əvvəlində xaricdən qrant alınması ilə bağlı başlanmış araşdırmalar çərçivəsində cinayət məsuliyyətinə cəlb olunnub.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb edilən 10-dan çox başqa qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri də var. Onlardan bir neçəsi (Bəşir Süleymanlı, Məmməd Alpay və s.), hətta həbs edilib

QHT rəhbərlərinə qarşı Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

QHT rəhbərləri ittihamları qəbul etmir.

Afət Abbasova 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
icma.az

1Mənbələr