AZ

Stolüstü tennisçilərimiz gümüş medal qazandılar - YENİLƏNİB

Azərbaycanın daha iki stolüstü tennisçisi Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, fərdi yarışların finalında A.Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, M.Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terekovaya 0:3 hesabı ilə məğlub olublar.

Daha əvvəl Onur Quluzadə fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.

12:03

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, o, fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3.

Bu gün Adil Əhmədzadə və Mərziyyə Nurmətova da fərdi mübarizədə final görüşunə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar

"Cebheinfo.az" 

Seçilən
25
2
cebheinfo.az

10Mənbələr