AZ

Budapeşt: “Kiyev itirilmiş ərazilərdən imtina etməlidir”

AzVision.az xəbər verir ki, Macarıstan Xarici İşlər nazirliyinin Dövlət katibi Levente Madyar belə deyib.

“İndi Ukrayna ərazisinin beşdə birindən imtina etməli olacaq. Mən Ukraynaya nə edəcəyini demək istəmirəm, sadəcə, təcrübəmizə əsaslanaraq vurğulayıram ki, sülh bəzən ağrılı ola bilər”, -“Telex” portalı macarıstanlı məmurun bəyanatından sitat gətirir.

Levente Madyar Ukraynanın hazırkı vəziyyətini I Dünya Müharibəsinin sonunda Budapeştin qarşısında yalnız iki variantın qaldığı reallıqlamüqayisə edib: ya silaha sarılıb kollektiv intihara getmək, ya da, hətta bu, ölkə ərazisinin üçdə ikisini itirmək demək olsa belə, sülh şərtlərinə razılaşmaq.

- Sual olunur, nə daha vacibdir: ölkənin həyat qabiliyyətini qorumaq, yoxsa onu bir neçə min kvadratkilometrlə məhdudlaşdırmaq?”,- diplomat soruşub.

Onun fikrincə, Macarıstan hakimiyyəti o vaxt ölkə ərazisinin ən azı üçdə birini qorumaq üçün çətin də olsa, yeganə ağlabatan qərarı qəbul edib və Ukrayna rəhbərliyi də məhz buna getməlidir.

Adı açıqlanmayan avropalı məmurlara istinad edən “The New York Times (NYT)” nəşrinin daha əvvəl yazdığına görə, ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə Kiyevin bütün Donbası Rusiya ərazisi kimi tanımasının tezliklə sülh sazişinin əldə olunmasına kömək edəcəyini deyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
66
1
azvision.az

2Mənbələr