AZ

Yol pulunun nə demək olduğunu iş yoldaşından borc alan insanlardan soruşun Tanınmış aparıcı

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İşə son model avtomobilləri ilə gedənlər, ictimai nəqliyyatdan sonuncu dəfə 20 il bundan öncə istifadə edənlər, aylıq əməkhaqqı 3000-5000 və daha çox olanlar yenə nəqliyyatın qiymətini "dəyişdilər”. 

AZXEBER.COM xəbər veri ki, bu sözləri tanınmış aparıcı Jalə Həsənli sosial media hesabında yazıb.

O, ictimai nəqliyyatda qiymət artımına etiraz edib:

"İşə son model avtomobilləri ilə gedənlər, ictimai nəqliyyatdan sonuncu dəfə 20 il bundan öncə istifadə edənlər, aylıq əməkhaqqı 3000-5000 və daha çox olanlar yenə nəqliyyatın qiymətini "dəyişdilər". Niyə? Özünüzü niyə minimum əməkhaqqı alan insanın yerinə qoymursunuz? Özünüzü heçmi 2-3 uşaq böyüdən ailənin yerinə qoymursunuz? Sizin gəliriniz 5-10 mindirsə, əlbəttə sizə nəqliyyatın 60 qəpik olması təsir etməyəcək. Gedin onu aylıq minimum 400, maksimum 1000-1200-1500 manat alan, uşaq oxudan, xəstə saxlayan, kirayələrdə qalan insanlardan soruşun.

Heç çalışmayan, körpülərin altında saatlarla soyuqda dayanıb sifariş gözləyən fəhlələrdən soruşun. Yol pulunu iş yoldaşından borc alıb maaşa qədər gün sayan insanlardan soruşun. Görün onlara necə təsir edir. 

Əməkhaqqı qalxmamış nəqliyyatın qiyməti "tənzimlənir”, nəqliyyatı görən market sahibləri deyir bu qədər azuqəni piyada gətirməmişəm ki, yoluna xərc çəkmişəm, çıxarmalıyam və ərzaqların qiymətini "tənzimləyir”. Bu isə silsilə şəklində bütün sektorlara təsir göstərir. 

Doğrudan yəni sizin iclas otağınızda bir nəfər də olsa ictimai nəqliyyatdan istifadə edən yoxdur ki, çıxıb desin ay rəhbər, ay hörmətli şəxs, yeni "tarif tənzimləməsi” insanların sosial həyatına mənfi təsir göstərəcək? Deyə bilmirsiniz ki, bunun fəhləsi, tələbəsi, şagirdi var?".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
azxeber.com

3Mənbələr