Ötən il COP 29 tarixi qərarlarla yadda qalıb.
“APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
O bildirib ki, bu ildə Azərbaycan hələ COP 29 sədri olaraq fəaliyyətini davam etdirir.
"Bu gün keçirdiyimiz Bakı İqlim Fəaliyyəti Həftəsinə çox böyük maraq görürük. Bakı İqlim Fəaliyyəti Həftəsində 46-dan çox sessiya keçiriləcək".