AZ

Vüsalə Cəfərova: Enerji müstəqilliyi milli təhlükəsizliyin və regional əməkdaşlığın əsas şərtidir  

Enerji müstəqilliyi müasir dövrdə dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Enerji yalnız iqtisadiyyatın lokomotivi deyil, eyni zamanda, cəmiyyətin gündəlik həyatının, istehsalatın, nəqliyyatın, rabitənin və sosial rifahın əsas dayaqlarından biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda Bakıda keçirilən konfransda söyləyib.

Onun sözlərinə görə, tarix göstərir ki, dünyada baş verən müharibələrin əksəriyyəti enerji mənbələri və nəqliyyat marşrutlarına nəzarət uğrunda aparılıb. Bu, enerji təhlükəsizliyinin yalnız iqtisadi məsələ deyil, həm də siyasi, strateji və geosiyasi bir amil olduğunu sübut edir. Neft, qaz və digər strateji resurslar üzərində nəzarət bölgələrdə güc balansını dəyişdirir, dövlətlərin xarici siyasət kursuna ciddi təsir göstərir.

Yaşıl enerjinin genişlənməsi də ölkələrin enerji diplomatiyasını gücləndirir, regional əməkdaşlığa və inteqrasiyaya töhfə verir. “Xəzərdən Avropaya uzanan yaşıl enerji kabeli layihəsi artıq mümkünlüyünün araşdırılması mərhələsinin sonuna çatıb. Əslində, hazırda layihəni genişləndirməkdən söhbət gedir. Başlanğıcda kabel Gürcüstanın Qara dəniz sahilindən çıxırdı və indi Xəzər dənizinə uzadılıb. Hazırda isə kabelin şərqi Xəzər bölgəsinə, yəni Qazaxıstana qədər genişləndirilməsi planlaşdırılır”, - deyə V.Cəfərova vurğulayıb.

Seçilən
16
2
azerbaijan-news.az

3Mənbələr