Moldovanın keçmiş prezidenti və müxalifətdəki “Vətənpərvərlər Bloku”nun liderlərindən biri İqor Dodon Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən etiraz aksiyasında çıxış edib.
Doğru.az xəbər verir ki, Dodonun sözlərinə görə, saat 23:00-a olan nəticələrə əsasən, hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) parlament seçkilərində uduzub, müxalifət isə qalib gəlib. O, həmçinin PAS-ın parlament çoxluğunu itirdiyini vurğulayıb.
Moldovanın müxalifət partiyaları, o cümlədən “Vətənpərvərlər Bloku”, protokolların 80,04%-i işlənildikdən sonra səslərin 49,05%-ni toplayıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim PAS partiyası isə 44,55% səs qazanıb.
DOĞRU.AZ