AZ

Gələn il Azərbaycanda Dünya Şəhər Forumu keçiriləcək

2026-cı ildə Azərbaycanda Dünya Şəhər Forumunun keçirilməsi nəzərdə tutulur. Nazirliklər və departamentlər bu istiqamətdə birgə əməkdaşlıq edir, biznes strukturları da prosesə dəstək verir. Minlərlə könüllü bu işlərdə iştirak edir.Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində söyləyib.
"Biz vətəndaş cəmiyyətinə təşəkkür edirik. Birlikdə böyük hədəflərə nail ola, prosesləri davam etdirə və ortaq davamlı gələcəyimizi təmin edə bilərik", - deyə Prezidentin nümayəndəsi qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
14
metbuat.az

1Mənbələr