AZ

Azərbaycan COP29 a ev sahibliyi edərək regionu dünyaya tanıdıb Muxtar Babayev

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan COP29-a ev sahibliyi edərək regionu dünyaya tanıdıb.

525.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

Onun sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsinin yenidən Azərbaycanda keçirilməsi ölkənin iqlim sahəsində rolunu bir daha göstərir:

"Azərbaycan COP29-a ev sahibliyi edəndə dünyada şübhələr var idi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə qarşımıza öhdəlik qoyuldu. Biz də buna nail olmaq üçün çalışdıq. Kiçik, amma iddialı ölkə olaraq biz nəticələr ortaya qoyduq. Biz regionumuzu dünyaya tanıtdıq".

M.Babayev əlavə edib ki, COP29-a ev sahibliyi ilə Azərbaycan dünyaya sübut etdi ki, belə tədbirlərə ev sahibliyi etmək əzmindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
2
525.az

3Mənbələr